Finss.az - 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə – Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan – xarici ticarət dövriyyəsi 4 milyard 227,6 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artım deməkdir.
Dövr ərzində TDT üzv ölkələrlə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 14,7%-i səviyyəsində olub.
Ticarət dövriyyəsinin ölkələr üzrə payı:
-
Türkiyə: 3 milyard 384 milyon ABŞ dolları (illik 6,5% azalma) – ümumi ticarətdə 11,7% pay
-
Qazaxıstan: 517,2 milyon ABŞ dolları (illik 3,8 dəfə artım) – 1,8% pay
-
Özbəkistan: 268,9 milyon ABŞ dolları (illik 2,3 dəfə artım) – 0,9% pay
-
Qırğızıstan: 57,7 milyon ABŞ dolları (illik 2 dəfə artım) – 0,4% pay
İxrac göstəriciləri:
-
Türkiyə: 2 milyard 9 milyon ABŞ dolları (illik 13,7% artım) – ümumi ixracın 13,2%-i
-
Qazaxıstan: 60 milyon ABŞ dolları (illik 53,3% artım) – 0,4%
-
Özbəkistan: 35,4 milyon ABŞ dolları (illik 90,2% artım) – 0,2%
-
Qırğızıstan: 7,5 milyon ABŞ dolları (illik 67,6% artım) – 0,05%
İdxal göstəriciləri:
-
Türkiyə: 1 milyard 374,9 milyon ABŞ dolları (illik 6,5% artım) – ümumi idxalın 10,1%-i
-
Qazaxıstan: 457,1 milyon ABŞ dolları (illik 4,7 dəfə artım) – 3,4%
-
Özbəkistan: 233,5 milyon ABŞ dolları (illik 2,3 dəfə artım) – 1,7%
-
Qırğızıstan: 50 milyon ABŞ dolları (illik 9,6 dəfə artım) – 0,4%
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, TDT üzv ölkələrlə ticarət əlaqələrinin genişlənməsi Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirir.